Bundesliqanın bu futbolçusu karantinə alınıb

Bundesliqanın bu futbolçusu karantinə alınıb

“Verder”in futbolçusu karantinə alındı – Pisarro ilə bağlı iddia

Koronavirus pandemiyası üzündən dayandırılan Almaniya Bundesliqası sabahkı bərpa ərəfəsində daha bir xoşagəlməz hadisə ilə üzləşib.

 “Verder”in bir futbolçusu karantinə alınıb.

Bunu klubun rəsmi saytı açıqlayıb. Bildirilir ki, həmin oyunçu koronavirusa yoluxmayıb. Hələlik bütün testlər mənfi nəticə versə də, adı rəsmən açıqlanmayan futbol iki həftə karantində qalmalıdır.

“Bild” nəşri həmin oyunçunun 41 yaşlı Klaudio Pisarro olduğunu iddia edir. Bildirilir ki, futbolçunun qızında koronavirus aşkar edilib. Bu üzdən bütün ailə karantinə alınıb. Maraqlıdır ki, Bremen klubu üç gün öncə Pisarronun zədə səbəbindən sıradan çıxdığını açıqlayıb.

Qeyd edək ki, “Verder” bərpadan sonra ilk oyununu mayın 18-də “Bayer”ə qarşı keçirəcək.

apasport


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR