40 yaşlı Avropa çempionu yeni müqavilə bağlayıb

40 yaşlı Avropa çempionu yeni müqavilə bağlayıb

İspaniya millisinin sabiq futbolçusu Daniel Quiza daha bir il futbol oynayacaq.

Məlumatına görə, 40 yaşlı hücumçu klubu "Atletiko Sanlukeno" ilə müqavilə müddətini 1 il uzadıb.

Avropa çempionu növbəti mövsümü də İspaniyanın III liqa təmsilçisinin heyətində keçirəcək. Quiza artıq 3 ildir ki, "Atletiko Sanlukeno"nun formasını geyinir.

Qeyd edək ki, 2008-ci ildə Avropa çempionu olan Daniel Quiza 2008-2011-ci illərdə Türkiyədə "Fənərbaxça"nın uğurları üçün çalışıb.

apasport.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR