Cəlilabada çatdıq, adamın sifəti dəyişməyə başladı

Cəlilabada çatdıq, adamın sifəti dəyişməyə başladı

Söhbət Uelsli məşqçi Con Toşakdan gedir. Azərbaycana gəldiyi ilk günlər Bakıda qalmışdı. 2013-cü il sezonunda Xəzər Lənkərana dəvət alan baş məşqçi haqqda bunları şəxsi tərcüməçisi danışdı.

 BAXAR.AZ xəbər verir ki , Deyirdi ki, paytaxtınız İstanbuldan heç nə ilə geri qalmır. Vədə yetişdi, onu Lənkərana aparmalı olduq. Maşında o, mən və sürücü idi. Toşak yolun yarısına kimi danışıb-gülürdü. Elə ki Cəlilabada çatdıq, adamın sifəti dəyişməyə başladı. Maşından ətrafı seyr etdikcə, əhvalı dəyişirdi. Yazıq 10 günə özünə gəldi. Ancaq Lənkəranla tanış olandan sonra şəhəri çox bəyəndi.

- Etame Mbilla "Xəzər Lənkəran"dan təklif alanda maraqlanıb ki, Lənkəran necə yerdi. Agentlər maraqlarına görə deyiblər ki, Lənkəran kurort zonadı - bir tərəfi dağlar, bir tərəfi dənizdi. Çimərliyi də yüksək səviyyədə. Kamerunlu futbolçunu qaşqabaqlı görəndə səbəbini soruşdum. Cavab verdi ki, "bəs bura kurort zonaydı, çimərlik, pansionatlar hardadı?'' Bir müddət sonra Mbilla başa düşdü ki, agentlər ona şirin vədlər veriblər. O elə bilmişdi ki, Marbelyaya gedir.

Tərcüməçi Elvar Quliyev ("Futbol+" qəzeti)


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR