Bu şəxslərin pulları ödəndi

Bu şəxslərin pulları ödəndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin İkinci Dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə bağlı sərəncamının icrası üzrə hesabat yayıb.

Hesabata görə, 1941-1945-ci illərin müharibəsində iştirak etmiş 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım verilib.

7126 nəfər – İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları isə 750 manat məbləğində birdəfəlik maddi yardım alıblar.

Dövlət başçısı İlham Əliyevin aprelin 24-də imzaladığı sərəncamın icrası məqsədilə 2020-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan 5,9 milyon manat ayrılmışdı.

İkinci Dünya müharibəsini 1939-cu ildə Almaniya və müttəfiqləri başlayıb. 1941-ci ildə Almaniya SSRİ-yə hücum edib, bu müharibə 1945-ci il mayın 9-da SSRİ və müttəfiqlərinin qələbəsi ilə bitib. Həmin müharibədə Azərbaycandan 600 mindən çox adam döyüşüb, onların təxminən yarısı həlak olub. / novator.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR