Futbolun yeni siması: Oyun vaxtını azaltmaq istəyirlər

Futbolun yeni siması: Oyun vaxtını azaltmaq istəyirlər

Koronavirus dünyanın həyat tərzini dəyişib. Ayrı-ayrı sahələrdə yeni qaydalar qaçılmazdır.

Futbolun da siması dəyişir. Hələ bir müddət əvvəl UEFA prezidenti Aleksander Çeferin bu haqda danışmışdı. O, bunsuz davam etməyin mümkünsüzlüyündən söz açmışdı. İndi də İngiltərədə bu istiqamətdə müzakirələr gedir.

Futbolun yaradıcısı sayılan ölkədə qaydaları dəyişmək istəyirlər. Peşəkar Futbolçular Birliyinin rəhbəri Qordon Teylorun fikrincə, mövsümü başa vurmaq istəyirlərsə, müəyyən tədbirlər görülməlidir. Müzakirə olunan əsas məsələ oyun vaxtının azaldılmasıdır. Böyük ehtimalla qarşılaşmalar 70 və ya 80 dəqiqə sürəcək. Bundan başqa, əvəzetmələrin sayının artırılması da mümkündür. Qəti qərar verilsə, mövsüm iyunun 8-də davam etdiriləcək.

bizimyol.info

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR