300-dək şəxsin həbsdən azadlığa çıxması nəzərdə tutulur

300-dək şəxsin həbsdən azadlığa çıxması nəzərdə tutulur

“Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda humanizm siyasəti həyata keçirilib, bu siyasət bu gün də davam etdirilir”.

BAXAR.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı Milli Məclisin komitə sədri, millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, Azərbaycanda bu günə qədər 68 əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul edilib: “Bunlar kifayət qədər insana şamil olunub. Virusla əlaqədar ölkə başçısı tərəfindən son əfv sərəncamı da kifayət qədər insanı əhatə etdi. May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur. Azadlığa çıxan insanların sosial adaptasiyası problemi mövcuddur. Bu insanların 60%-i yenidən həbsə qayıdır. Çünki adaptasiya prosesində problemlər var. Bu problemi azadlığa çıxandan sonra yox, ona qədər yerində həll etməliyik. Elə cəzalar var ki, onların ictimai təhlükəsi yoxdur. Belə cəzaları kənd təsərrüfatı, inşaat və s. sahələrə yönləndirə bilərik. Bu şəxslər həbs psixologiyası ilə azadlığa çıxır, bir müddətdən sonra yenə hansısa əməlinə görə həbsə qayıdır. Avropa ölkələrinin bu təcrübəsindən istifadə etmək lazımdır. Məsələn, yüngül avtomobil qəzaları və s. kimi cəzalar törətmiş şəxslərə şamil olunan cəza tədbirlərinin müvafiq forması tapmalıdır. Avropa ölkələrində bu cəzaları törədən şəxslər həftənin 5 günü işləyir evində qalır, həftə sonunu isə həbsxanada keçirir”


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR