Bu uşaqlar aylıq müavinət ala bilər

Bu uşaqlar aylıq müavinət ala bilər

İqtisadçı Qubad İbadoğlu Azərbaycan dövlətinin uşaqlara ayırdığı vəsaitlərə diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert bildirir ki, sağlamlıq imkanları məhdud 16 yaşadək əlil uşağa 150 manat, müddətli həqiqi xidmətdə olanın uşağına 100 manat, ailə başçısını itirən uşağa 80 manat, bir yaşadək uşağı olan aztəminatlı ailələrə 55 manat, şəhidin uşağına 21 manat, müharibə və 1990-cı ilin 20 yanvar hadisəsi zamanı əlil olanın uşağına 15 manat aylıq müavinət verilir.

Əhalinin bəzi kəsimlərinə aid uşaqlı ailələrə, aztəminatlı ailələrin uşaqları üçün də aylıq müavinətlər də var.

Uşağın doğulmasına görə 200 manat birdəfəlik müavinət müəyyən olunub.

18 yaşa qədər şəxslərə hər ay uşaq pulunun verilməsi 2006-cı ildən dayandırılıb. Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli yazır ki, sosial baxımdan ehtiyac içərisində yaşayan hər uşağa 100 manat ətrafında uşaq pulu verilməsi Azərbaycan dövlətinin imkanları daxilindədir: “2021-ci ilin dövlət büdcəsinə yenidən baxanda, baş maliyyə sənədində əlavə və dəyişikliklər ediləndə bu məsələ öz həllini tapmalıdır”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR