İlkin Süleymanovun vəkillərinin heç bir vəsadəti qəbul edilməyib

İlkin Süleymanovun vəkillərinin heç bir vəsadəti qəbul edilməyib

Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanovun ev dustaqlığına buraxılması istənildi.

BAXAR.AZ xəbər verir ki, bu vəsadətlə İlkin Süleymanovun vəkili Əlibaba Rzayev çıxış edib. O bildirib ki, İlkin Süleymanov heç vaxt cinayət törətməyib, istintaqdan yayınmayıb. Dövlət ittihamçısı Rəhimov Müşviq vəsadətin təmin olunmamasını istəyib. Hakim Dadaş İmanov vəsadəti qəbul etmədi. 

Prosesdə ittiham edilən şəxsin vəkillərinin heç bir vəsadəti qəbul edilməyib. Növbəti məhkəmə prosesi 16.06.2021-ci il saat 15:00-a təyin edildi. 

Qeyd edək ki, İlkin Süleymanov Tovuz rayon, Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunur.

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR