Samuxda nə baş verir? Saxlanılan var

Samuxda nə baş verir? Saxlanılan var

Bu gün saat 18:00 radələrində Samux rayonu, Sarıqaya kəndində yanğın hadisəsi baş verib. 

BAXAR.AZ xəbər verir ki, Nailə Əliyeva İslam qızına məxsus fermanın 250 kv. metr sahəsi yanıb, sahibkara minlərlə manat ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunsa da, fermanın 250 kv. metr sahəsi tamamilə yanıb. Eyni zamanda, əraziyə Samux RPŞ, Samux RİH-nin əməkdaşları da cəlb olunub. Samux RİH-nin başçısının müavini Arif Ağayevlə sakinlər arasında qarşıdurma yaşanıb. Əliyev Fərman İslam oğlu zorakılıq yolu ilə polis tərəfindən saxlanılıb. Hazırda ona yaxın insan Samux RPŞ-nin qarşısına toplanır.

BAXAR.AZ hazırda Samux rayonundadır. Məlumat qarşıdakı müddət ərzində yenilənəcək. 

 

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR