"Rəsulzadəni qısqanmaq psixoloji xəstəlikdir" - Qulu Məhərrəmli

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü ölkədə dövlət bayramı kimi qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Bu gün Azərbaycan hakimiyyətinin bir sıra nümayəndələrində anti-Rəsulzadə sindromu müşahidə edilir. Bakı Dövlət Universitetində illərdir büstü qoyulmayan M.Ə.Rəsulzadə Azərbaycan gəncliyinin daim diqqət mərkəzindədir. Kanal13-ün "Açıq Söz" proqramında aparıcı Rüfət Muradlı jurnalist Fərid İmranın sualını cavablandırıb. "Qulu Məhərrəmlini dinləmək Quranı dinləmək qədər faydalıdır. Bu gün Rəsulzadənin adının əbədiləşdirilməsi üçün ziyalılarımız gecikmirmi?" sualına Qulu Məhərrəmli cavab verib. O bildirib ki, Rəsulzadəni qısqanmaq psixoloji xəstəlikdir:

"Bu gün Azərbaycan hakimiyyətinin nümayəndələrində Məhəmməd Əmin Rəsulzadəyə qarşı bir qısqanclıq var. Bu qısqanclıq heç də yaxşı deyil. Onun adını əbədiləşdirmək hakimiyyətin də bir borcudur. İlham Əliyevin 2-ci Qarabağ müharibəsindəki xidmətlərini necə danmaq olar? Eləcə də, Rəsulzadənin bu dövlət üçün etdiklərini danmaq lazım deyil. Bu gün ölkədə onlarla universitet, qurum var. Onlardan birinə Rəsulzadənin, həmçinin, onun silahdaşlarının adını vermək lazımdır. Rəsulzadəyə qarşı qısqanclıq isə psixoloji xəstəlikdir".


BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR