Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, erməni hərbçilər Azərbaycan qoşunları tərəfindən əsir götürülüblər.

Erməni hərbçilər Ermənistanın Geqarkunik vilayətinin sərhəd hissəsindəki bir erməni hərbi bazasının mühafizə zonası ərazisində mühəndis işləri aparırdılar, bu zaman Azərbaycan silahlı qüvvələri onları mayın 27-də səhər tezdən mühasirəyə alaraq ələ keçirdi. Əsir alınan hərbçilərin geri qaytarılması üçün lazımi tədbirlər görülür. 

Azərbaycan Müdafiə Nazirliyi isə məlumat yayaraq bildirib ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.


Xəbəri hazırladı: Fərid İmran
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR