Fuad Əliyevdən bayram təbriki

Fuad Əliyevdən bayram təbriki

Əziz həmvətənlər!

Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə ürəkdən təbrik edirəm.

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaranmışdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başlanmışdı. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Ancaq Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın zaman ərzində yaşaya bildi. Sonra Cümhuriyyət süqut etdi və Azərbaycan xalqı öz dövlət müstəqilliyindən məhrum olundu. Yalnız Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə təbrik edirəm. Arzu edirəmk ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR