DİN əhaliyə müraciət etdi

DİN əhaliyə müraciət etdi

Azərbaycanda narkotiklərlə mübarizə tədbirləri nəticəsində əhali arasında maarifləndirmə işləri davam etdirilir. 

Daxili İşlər Nazirliyi əhaliyə narkotik istifadəçilərinin reablitasiyası,narkotiklə mübarizə üçün müraciət edib. Müraciətdə deyilir ki, əgər, dostlarınız, yaxınlarınızdan mimsə narkotikdən istifadəyə meyillidirsə, təsir altına düşübsə, narkotik qəbul edirsə, ona yardım əlinizi uzadın. Nazirlik bunun üçün aşağıdakıları etməyi tövsiyə edir:

- səmimi söhbətə dəvət etmək,
- valideynlərinə məlumat vermək,
- mənəvi dəstək olmaq,
- həkim narkoloqa müraciət etmək.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAXAR.AZ-a açıqlamasında bildirib ki, respublikada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri davam etdirilir:

"Bu ilin 4 ay 25 günü ərzində ölkədə daxili işlər orqanları tərəfindən 1 ton 467 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Aşkarlanmış narkotik vasitələrin 68%-i tiryək və heroin. Belə ki, bu müddət ərzində Baş Narkotiklərlə Mübarizə İdarəsi və regional şöbələri 712 kq narkotik vasitələri qanunsuz dövriyyədən çıxarıb. Bunun 580 kq-ı tiryək və heroindir".

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR