Xaçmazda onlarla insan etiraz edib, nə baş verir?

Xaçmazda onlarla insan etiraz edib, nə baş verir?

Xaçmaz bazarının bir qrup sahibkarı bu gün etiraz aksiyası keçirib.

BAXAR.AZ-a daxil olan məlumata görə, sahibkarlar sabiq icra başçısı Şəmsəddin Xanbabayevin əməllərindən əziyyət çəkirlər. Belə ki, bazara gedən yolda qanunsuz satış məntəqələri yaradılıb, bu da bazardakı sahibkarlara ciddi ziyan vurur. Heç bir rəsmi sənəd olmadan fəaliyyət göstərən satış məntəqələri bazara gedən avtomobil yolunun bağlanmasına da səbəb olub. Ərazidə baş verə biləcək bədbəxt hadisənin qarşısını almaq üçün heç bir şərait yoxdur. Bütün bunlara etiraz edən sahibkarlar aidiyyatı qurumlardan kömək istəyiblər.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR