"Azərbaycandan Gürcüstana nota verilməlidir"

Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri erməni deputatları tərəfindən təqdim olunan "erməni əsirlərin qaytarılması" ilə bağlı qətnamə layihəsinə tam tərkibdə səs veriblər. Gürcüstanlı deputatların bu addımı Azərbaycanda xeyli müzakirəyə səbəb olub. 

Mövzu ilə bağlı istiqlalçı millət vəkili, MDHP sədri Fərəc Quliyev BAXAR.AZ-a açıqlamasında bildirib ki, Azərbaycan Gürcüstan hökumətinə nota verməlidir:

"Gürcü deputatların bu addımı Azərbaycanda haqlı narazılığa səbəb olub. Azərbaycan Gürcüstan hökumətinə xeyli iqtisadi güzəştlər edir. Həmçinin, 600 minə yaxın aborigen azərbaycanlı Gürcüstanda yaşayır. Görünür ki, nələrsə baş verir. Bu səbəbdən də bu qondarma ittihamlara dəstək nümayiş etdiriblər. Hesab edirəm ki, məsələ Gürcüstan hökuməti ilə aydınlaşdırılmalı, nota verilməlidir".


Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR