Daha bir jurnalist məhkəməyə verildi, nə baş verir?

Daha bir jurnalist məhkəməyə verildi, nə baş verir?

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı
Hüseynov Rafil İsrafil oğlu müstəqil jurnalist Xəyyam Salmanzadəni məhkəməyə verib.

BAXAR.AZ xəbər verir ki, jurnalist 44 günlük müharibə dönəmində yaralanan vətəndaşa qarşı aidiyyatı qurumların laqeyidliyini işıqlandırıb. Hazırladığı reportajda icra başçısını sərt tənqid edib, bu səbəbdən də icra başçısı jurnalisti məhkəməyə verib. İlkin proses aprel ayın 29-da Ağdam Rayon Məhkəməsində keçiriləcək. İcra başçısı jurnalistin üzr istəməsini və 300 manat vəsait ödəməsini tələb edir. 

Görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlardan qorxan Rafil Hüseynov ağa indi də jurnalistlərdən "dolya" yığmağa cəhd göstərir. 

Qeyd edək ki, son dönəmlərdə azərbaycanlı jurnalistlərin məhkəmələrə verilmə halları artıb. Hazırda müstəqil jurnalist Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Aztimes.az portalının rəhbəri Pərvin Abışova Səbail rayonunun "qoçu"ları tərəfindən məhkəməyə verilib. 

 

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR