Göygöldə ETİRAZ, Məhərrəm Quliyevin xanlığına son qoyun

Göygöldə ETİRAZ, Məhərrəm Quliyevin xanlığına son qoyun

Göygöl rayonunun Pənahalılar kəndinin bir qrup sakini etiraz aksiyası keçirib. 

BAXAR.AZ xəbər verir ki, kənd sakinlərinin etirazına səbəb Goranboy rayonunda olan örüş torpaqlarının əllərindən alınmasıdır. Sakinlər 20 ilə yaxındır ki, həmin torpaqlarda icarə müqaviləsi ilə mal-qarasını saxlayıb. Lakin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev müqaviləni yeniləmək istəmir. İcra baççısı tərəfindən örüş torpaqlarının əllərindən alınmasına etiraz edən sakinlər ölkə başçısından kömək istəyirlər. Sakinlər deyir ki, icarə müqaviləsinin yenilənməsinə görə dəfələrlə məhkəməyə müraciət ediblər, məhkəmə onların lehinə qərar verib. Sakinlər Məhərrəm Quliyevin xanlığına son qoyulmasını, örüş torpaqlarında onlara problem yaradılmamasını tələb ediblər. 


Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR