İlkin Süleymanovun anası Mehriban Əliyevaya müraciət edib

İlkin Süleymanovun anası Mehriban Əliyevaya müraciət edib

Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun anası Gülnaz Süleymanova 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, müraciətində Mehriban Əliyevanın baş verən cinayət işi ilə maraqlanmasını xahiş edib. Eyni zamanda, Gülnaz xanım günahkarların tapılaraq cəzalandırılmasında Mehriban Əliyevadan köməklik istəyib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb. Təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkarlanıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. 

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR