Mahir Əzizov aclıq aksiyasına başlayıb

Mahir Əzizov aclıq aksiyasına başlayıb

Gəncə işi üzrə həbs edilən Əzizov Mahir Əziz oğlu aclıq aksiyasına başlayıb.

BAXAR.AZ xəbər verir ki, 1986-cı il təvəllüdlü Mahir Əzizov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra, 2018-ci ilin iyul ayının 5-də saxlanılıb. Cari ilin may ayının 30-da dövlət ittihamçısı ona 20 il həbs cəzası istəyib. Dövlət ittihamçısının bu istəyinə etiraz olaraq Mahir Əzizov aprel ayın 15-dən aclıq aksiyasına başlayıb. 

Mahir Əzizovun yaxınları Ombudsman Aparatına, Ədliyyə Nazirliyinə bu barədə məlumat verib. 

Qeyd edək ki, Mahir Əzizovun da daxil olduğu 12 nəfərlik qrupun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılır. Aprel ayının 20-də növbəti məhkəmə prosesi keçirilməli idi. Lakin hakimlərdən birinin koronavirusa yoluxması səbəbindən məhkəmə prosesi təxirə salınıb. 


Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR