"İcrabaşı nəyə hamilədir?" - ƏTRAFLI

Cari ilin mart ayının 15-də Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli barəsində məhkəməyə müraciət edib.

Cinayət işi üzrə toplanan materiallar artıq Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib. İş hakim Anar Sadıqovun icraatındadır.

Jurnalist C.Məmmədlinin icra başçısı Z.Əliyev haqqında məqalələr yazdığı üçün məhkəməyə verilib. O, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunur.

Əslində isə nə baş verir? Jurnalist Cəmil Məmmədli icrabaşı Ziyəddin xanın rayonda etdiyi əməlləri, 199 vətəndaşa məxsus bank kartını mənimsəməsini, yəhudi işadamına külli miqdarda pul "atmasını" işıqlandırdığı üçün məhkəməyə verilib. 

Jurnalist Cəmil Məmmədli 19 ilə yaxın müddətdir ki, jurnalistika fəaliyyəti ilə məşğul olur. Müstəqil, araşdırmaçı jurnalistdir. Ziyəddin Əliyev isə Quba xanıdır. Rza Şah Pəhləvi ilə müqayisədə daha peşəkardır. Artıq bir neçə dəfə sözügedən məhkəmə prosesi keçirilib. Hakim Anar Sadıqov isə özünü Ziyəddin Əliyevin katibəsi və ya "Humay'ı kimi aparır. Humayın kim olduğunu maraqlanmaq istəyənlər Quba sakinləri ilə maraqlana bilər. 

Hər şeyi bir kənara qoyaq. Ziyəddin Əliyevin vəkili Seyfəddin Əliyev də özünün səviyyəsi, əxlaqında olan bir adamdır. Seyfəddin Əliyev barəsində növbəti yazılarımızda məlumatlar dərc edəcəyik. O da özünü Ziyəddin Əliyevin bələdiyyə sədri kimi aparır. 

Ziyəddin Əliyev isə məhkəmə proseslərinə gəlməkdən imtina edir. Deyilənə görə, səbəb 500 manatlıq çex çaxırlardır. Adamın ətrafında onu müdafiə edəsi bir normal adam da yoxdur ki, gəlsin danışsın. Hər məhkəmə prosesinə onlarla kənd sakini, ictimai-siyasi fəallar, jurnalistlər gəlir, bircə Ziyəddin Əliyevin "rumka" daşıyanlarından başqa. Gələn bir vəkildir ki, o da yuxarıda qeyd etdiyim kimi öz səviyyəsindədir. Çex çaxırlarının təsirindən icrabaşı hamilə qalıb, amma "inqilab"a, uşağa yox. Bu "inqilab"ın başlanğıcı onun səviyyəsində olan vəkilidir. 

Vəkil Seyfəddin Əliyev jurnalistlərə açıqlama vermək əvəzinə vicdanın nə olduğunu bilməməkdə ittiham edir. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə vicdanın nə olduğunu bilməyəndən sonra jurnalist nə bilsin, Ziyəddin ağa? 

Deyilənə görə, Ziyəddin Əliyev, siz cins itləri sevir, onları qoruyur, saxlayırsınız. Xahiş edirəm, məhkəməyə göndərdiyiniz iti də qoruyun, ayağınıza bağlayın, əks təqdirdə növbəti məhkəmə prosesində o it sizin qabağınızda zingildəyib, hürəcək. Bu mətni yazmaqla sizə olan təklifimi çatdırmaq istədim. Ya "inqilab"ı doğacaqsınız, ya da itinizi bir yerə bağlayacaqsınız. Nuş olsun!

Fərid İMRAN
Ziyəddin Əliyevə sevgilərlə
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR