Türkiyədən Yunanıstana sərt cavab verildi

Türkiyədən Yunanıstana sərt cavab verildi

"Son dərəcə hörmətsiz bir şəkildə Türkiyə Cümhuriyyətini və millətimizi günahlandırmaq diplomatiya tarixinə yaraşmayan bir nümunə kimi daxil olacaqdır. İlk dəfə bir nazirin ölkəsinin suverenliyindən danışarkən ölkəsindən deyil, Avropa Birliyindən bəhs etdiyini gördük. Yunanıstanla danışıqları ağıllı bir dillə, ağıllı dövlət anlayışı və qarşılıqlı hörmətlə davam etdirməyə hazır olduğumuzu bildiririk. "

Baxar.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik deyib.

Yunanistanın qaçqınlara münasibətini sərt tənqid edən sözçü bildirib ki, Yunanıstanın sahil təhlükəsizlik ünsürləri benzin tökərək, yandırmağa çalışaraq bir qətliama imza atmağa çalışırlar. 

"Demokratiya, insan hüquqları, beynəlxalq münasibətlər dediyiniz dəyərləri Aralıq dənizinin sularında basdırdınız. Onları xilas edin, sonra başqa mövzularda danışmağa çalışın. Qayıqları batırmaq, 3 ildə 80 mindən çox qaçqını bizim ərazi sularımıza göndərmək kimi vəhşilklər törətdilər.  Təəssüf ki, beynəlxalq qurumlar və Avropa Birliyi hələ də susur”, deyə Ömər Çəlik əlavə edib.

Qeyd edək ki, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Türkiyə səfərindən qayıtdıqdan sonra verdiyi açıqlamada Türkiyəni tənqid edib.

(Moderator.az)


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR