“Hansısa azərbaycanlı Xankəndinə girsə, onu şəxsən özüm tutacağam” – Avaqyan

“Hansısa azərbaycanlı Xankəndinə girsə, onu şəxsən özüm tutacağam” – Avaqyan

“İnternetdə azərbaycanlıların sərbəst şəkildə Xankəndinə girib şəhərin mağazalarında alış-veriş etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bu sözləri qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizlik xidməti”nin “direktor müavini” Boris Avaqyan bu gün parlamentdəki çıxışı zamanı deyib.

“Bunlar sosial şəbəkələrdə yerləşdirilmiş bəzi saxta xəbərlərdir. Həftədə 3-4 dəfə bu marşrutla getsəniz, bunun mümkünsüz olduğunu anlayacaqsınız. Belə məlumatları kimin yaydığını bilmirəm. Ancaq bu məlumatları rəsmi olaraq istisna edirəm. Belə bir hal baş verərsə, Xankəndinə girən azərbaycanlını şəxsən özüm tutacağam”, – Avaqyan bildirib.

qazet.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR