Zelenski Ərdoğandan dəstək tələb edəcək - Ekspertlər

Zelenski Ərdoğandan dəstək tələb edəcək - Ekspertlər

Ukrayna prezidenti Vladimir Zelenskinin Donbassdakı vəziyyətin gərginləşdiyi vaxtda Türkiyəyə səfəri diqqət çəkir.

Baxar.az xarici KİV-lərə istinadən xəbər verir ki, ekspertlərə görə, Zelenski Rusiya ilə bağlı məsələdə həmkarı Rəcəb Tayyib Ərdoğandan dəstək tələb edəcək. Ekspertlər güman edir ki, Zelenski Türkiyədən Rusiya ilə danışıqlarda yer almasını istəyəcək. Ankaranın Moskva ilə bir çox məsələdə ortaq məxrəcə gəlməsi Zelenskini belə addım atmağa sövq edib. Bildirilir ki, "Normand dördlüyü”ndə yer alan Almaniya və Fransanın vasitəçiliyi Ukraynanı qətiyyən qane etmir.

Qeyd edək ki, Zelenskinin Ankara səfəri aprelin 10-da baş tutacaq.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR