Əhməd Əhmədzadə meşələrimizi məhv edir

Əhməd Əhmədzadə meşələrimizi məhv edir

Azərbaycanda növbəti soyqırımı baş verir.

BAXAR.AZ xəbər verir ki, son dönəmlərdə Azərbaycanın təbii sərvəti olan meşə təsərrüfatı, su sahələri, nadir heyvanları qırıla-qırıla məhv edilir. Növbəti belə vəhşilik Bərdə rayonu Məmmədli kəndində davam edir. Kəndin yuxarı hissəsindən axan Kür çayının hövzəsində yerləşən, təbii şəkildə formalaşan ada məhv edilir. Belə ki, sözügedən ərazidə olan bütün ağaclar kəsilib, çayın suyu gündən-günə çirkləndirilib, qırmızı kitaba salınmış yüzlərlə Yulğun ağacları kəsilib. Adaya isə kustar üsulla körpülər çəkilib. Kənd sakinlərinin dediyinə görə, həmin ərazidə aparılan işlərin başında da, ayağında da Baş nazirin yeni müşaviri Əhməd Əhmədzadə dayanır. Sakinlər deyir ki, dəfələrlə yerli aidiyyatı qurumları şifahi şəkildə məlumatlandırıblar. Lakin heç bir müsbət nəticə əldə edə bilməyib.

 Faktla bağlı sözügedən ərazilərdən fotoları sizə təqdim edirik:


 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR