Fuad Əliyev:

Fuad Əliyev: "İşlətdiyi ifadələrlə öz səviyyəsini göstərdi"

REAL sədri İlqar Məmmədovun “uşaqpulu” ilə bağlı qalmaqallı açıqlaması müxalifət düşərgəsində yeni narazılığa səbəb olub. Partiya sədrinin bu mövzuda danışan siyasi liderləri “yaramaz”, “debil” adlandırması sərt etirazlarla qarşılanıb. İ.Məmmədov isə geri çəkilmək fikrində deyil. O, bir-birinin ardınca bu mövzuda statuslar yazır, canlı yayımlara çıxır, aşağı-yuxarı təhqirlərini davam etdirir.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”a açıqlama verərkən, bir filmdən sitat gətirdi: 

“”Münxauzen" filmində  Münxauzenin sözləri yada düşür: “Ağıllı sifət hələ ağıllı olmaq deyil, cənablar. Yer üzündəki bütün axmaq şeylər bu ağıllı sifət ifadəsi ilə edilir. Cənablar!” Görünür, həbsxanadan çıxandan sonra psixoloji yardım almayıb. Hətta ona psixoloji yardım yox, psixiator lazımdır. Çox ciddi patoloji xəstəlikdir. Bunun və ətrafında olan 1-2 nəfərdə narsisizm əlamətləri var. Bu həmin adamdır ki, təxminən bir ay bundan qabaq demişdi ki, korrupsiyaya qurşanmış məmurları həbs etmək lazım deyil, büdcədən, xalqın, oğurladığı pulların hesabına əldə etdiyi əmlakları müsadirə etmək lazım deyil...  Bu işlədiyi ifadələrlə öz səviyyəsini göstərdi. Onsuz da səviyyəsi çox da yüksək deyildi. Vaxtilə parlamenti “zoopark” adlandırıb indi özü, onun diliylə desəm, “zooparkda” təmsil olunur. Hamımız bilirik ki, bunun nümayəndəsi necə “deputat” olub. Amma uşaqpuluna gəlincə, bu pul az da olsa verilməlidir. Biz çalışmalıyıq ki, bu məbləğ yüksək olsun".


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR