Əhməd Əhmədzadə Prezident Əliyevə əzələ nümayişi göstərir - FOTOLAR

Əhməd Əhmədzadə Prezident Əliyevə əzələ nümayişi göstərir - FOTOLAR

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri rəsmi olaraq artıq Əhməd Əhmədzadə deyil.
Aprelin 2-də Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
BAXAR.AZ xəbər verir ki, aprel ayının 5-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə "sədr" təyin edilib Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bununla bağlı da Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
BAXAR.AZ xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet saytı olan mst.gov.az-da Əhməd Əhmədzadə hələ də sədr olaraq qalıb. Onun vəzifədən günlərdir azad olunmasına baxmayaraq rəsmi internet saytı onu sədr olaraq göstərir. Görünür ki, Əhməd Əhmədzadə hələ də sözügedən qurumda öz krallığını qoruyaraq saxlayır. Quruma gətirilən sabiq "Bravo"çunun adı isə rəsmi saytda heç "it" dəftərində də yoxdur. 
 

Fərid İMRAN

BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR