İçkinin əlimizdən aldığı böyük Azərbaycan aktyoru - Maraqlı faktlar

İçkinin əlimizdən aldığı böyük Azərbaycan aktyoru - Maraqlı faktlar

Dünən böyük aktyor, əməkdar artist Səməndər Rzayevin anım günü idi. Milli.Az Kulis.az-a istinadən bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" tamaşasında Horatsio olub.

***

Səməndər çoxuşaqlı ailənin sonbeşiyi olub. Uşaqlıq illəri müharibədən sonrakı dövrlərə tuş gəldiyi üçün çox çətinliklə böyüyüb. Anası adının qısaldılmış formada Səməni - deyə çağırarmış.

Bir gün dostları ilə oynadığı zaman körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı sınan uşaq düz dörd il xəstəxana, sonra isə ev şəraitində müalicə olunur.

Gallery

Həmin dörd il onun üçün gələcək həyatının bünövrəsini qoyub. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan Səməndər radiodan dinlədiyi "Arxip baba və Lyonka" radio-tamaşasındakı Arxipbaba rolunda Ələsgər Ələkbərovun səsini eşidib aktyor olmağa qərar verir.

Xəstə yatan zaman həkimlər Səməndərə deyirlər ki, ona kökəlmək lazımdır. Əgər kökəlməsə, ayaq sümüyü çürüyə bilər. Ondan sonra aktyor kökəlməyə başlayır. Amma köklük də ona ağırlıq gətirdiyindən həmişə zədəli ayağı ağrılı olur.

***

Gürcüstanın o vaxtkı dövlət başçısı Şevardnadze Səməndər Rzayevi çox sevərmiş, aktyor bir dəfə Tiflisdə qastrolda olarkən Şevardnadze əlini onun kürəyinə vuraraq "sən böyük aktyorsan" demişdi.

Onun haqqında dövrünün ən böyük aktyorları belə deyirdilər. Məlik Dadaşov: "Səməndər kimi aktyorları tarix nadir hallarda yetirir. Bu, əsrdə bir dəfə mümkündür".

Nəsir Sadıqzadə: "Mən son onilliklərdə Səməndər dühasına bərabər bir sənətkar tanımıram".

Amaliya Pənahova: "Səməndər lap kiçik, sözsüz səhnələrdə belə salonun bütün diqqətini özünə cəmləşdirərdi. Və baş rolun ifaçıları qalardı kölgədə. Belə bir fitri istedad idi Səməndər".


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR