DƏHŞƏTLİ HÜCUM: Türkiyə Suriya ordusunu bombalayıb? - Çox sayda ölü və yaralı var

DƏHŞƏTLİ HÜCUM: Türkiyə Suriya ordusunu bombalayıb? - Çox sayda ölü və yaralı var

Suriyada hökumət qüvvələri və İran ordusunun nəzarətindəki Həma vilayətində iki şiddətli partlayış baş verib.

BAXAR.AZ xəbər verir ki, partlayıcı qurğuların işə düşməsi nəticəsində 18 nəfər həlak olub. Yaralılar var. SANA agentliyinin məlumatına görə, şiddətli partlayışın təsirindən bir neçə tikili dağılıb. Ölənlər arasında hərbçilərin olub-olmadığı açıqlanmayıb. Bəzi mənbələr isə partlayışların raket hücumu nəticəsində baş verdiyini irəli sürür.

Qeyd edək ki, 3 gün əvvəl Türkiyə ordusunun nəzarətindəki Suriyanın Cerablus və Əl-Bab bölgələrinə raket zərbələri endirilib. Həmadakı partlayışlar bu hücumdan sonra baş verməsi diqqət çəkir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR