Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Müddəti uzadıldı…

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Müddəti uzadıldı…

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının qanunsuz miqrant durumuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 1 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti 1 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.

BAXAR.AZ   xəbər verir ki ,  bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ilə Gürcüstan arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcüd epidemioloji vəziyyətlə əlaqədar olaraq, müvəqqəti olaraq bağlanıb


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR