Azərbaycanda gənc buzlu yolda sürücülərə GÖRÜN NECƏ KÖMƏK ETDİ - VİDEO

Azərbaycanda gənc buzlu yolda sürücülərə GÖRÜN NECƏ KÖMƏK ETDİ - VİDEO

Azərbaycan insanı digərlərindən hər zaman çətin, köməksiz vəziyyətdə olan insanlar yardım etməsi ilə seçilib. Biz zaman-zaman bunun şahidi olmuşuq. Bu istər 44 günlük Vətən müharibəsi zamanı öz sonuncu qəpiyini və tikəsini əsgərlə bölüşdüyünün şahidi olduq.

Azərbaycan insanı təkcə qəhrəmanlıq salnaməsi yox, eyni zamanda bir İNSANLIQ dastanı yazdı.

Bunun növbəti bir nümunəsinə bir həftə öncə Bakıya qar yağan zaman şahidlik etdik. İnsanlar çətin vəziyyətə düşən sürücülərə yardım edib. Bundan bir nümunəsi haqqında söz açacağıq. Belə ki, qarlı-şaxtalı gündə yollar buz bağlayan zaman sürücülər enişli-yoxuşlu yollarda hərəkət etməkdə çətinlik çəkiblər. İnsanlar isə sürücülərə bu çətin şəraitdən xilas olmaq üçün hər cür dəstək veriblər. Hətta bir gənc qar yağmasına və yolların buz bağlamasına baxmayaraq ayaq  yalın sürücülərə yarıdm edərək  yollarda  normal hərəkətin bərpası üçün əlindən gələni edib. Maşınların yolda sürüşməməsi, yolları bağlanmaması və tıxac yaranmaması üçün onlara yardım edib... Və buna şahidlik edən digər şəxs isə sözügedən hadisəni lentə alıb. İndi Sizə həmin vedeonu təqdim edirik.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR