Nazir iki müavin təyin etdi

Nazir iki müavin təyin etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar olub.

 

BAXAR.AZ  xəbər verir ki,  idarədən  verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Xəyalə Əhmədzadə və Orxan Kərimov qurumun müdir müavini vəzifələrinə təyin ediliblər.

 

Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR