Rusiyanın daha 11 şəhərindən Bakıya uçuşlar bərpa edilir - SİYAHI

Rusiyanın daha 11 şəhərindən Bakıya uçuşlar bərpa edilir - SİYAHI

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya”) Rusiyanın 11 şəhərindən Bakıya beynəlxalq müntəzəm uçuşların həyata keçirilməsinə icazə verib.

 

BAXAR.AZ  xəbər verir ki , bu barədə "Rosaviasiya”nın rəsmi saytında dərc edilib.

 

Beləliklə, tezliklə həftədə üç dəfə olmaqla, Ufa, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan, Perm, Novosibirsk, Rostov-Don, Mahaçqala, Mineralnıye Vodı hava limanlarından Bakıya uçmaq mümkün olacaq.

 

Uçuşlar "Ural Hava Yolları”, "Azimut” və "Red Wings” aviaşirkətləri tərəfindən həyata keçiriləcək.

 

"Rosaviasiya” həmçinin "Severnıy Veter” şirkətinə Rostov-Don və Mineralnıye Vodı aeroportlarından müvəqqəti və çarter uçuşlar həyata keçirməyə lisenziya verib.

 

Uçuşların dəqiq vaxtı və qiyməti aviaşirkətlər tərəfindən tənzimlənəcək.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR