Paşinyan

Paşinyan "ağ bayraq" qaldırdı: Danışıqlara hazıram

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətlə razılaşma olacağı təqdirdə növbədənkənar seçkilər keçirilə biləcəyini açıqlayıb.

BAXAR.AZ -ın məlumatına görə, o parlamentdəki çıxışında bildirib ki, razılıq olsa seçkilər bu il baş tuta bilər. Hökumət başçısı müxalifət liderlərini danışıqlara çağırıb.

Paşinyanın çıxışı zamanı parlament binasının ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb. Əraziyə snayperlər yerləşdirilib. Parlamentin qarşısına toplaşan nümayişçilər onu istefa verməyə çağırıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR