Rusiya MN Qarabağdakı son vəziyyəti açıqladı

Rusiya MN Qarabağdakı son vəziyyəti açıqladı

Rusiya sülhməramlı kontingentinin mühəndis bölmələrinin şəxsi heyəti Dağlıq Qarabağ ərazisində tapılan partlayıcı obyektlərin məhv edilməsi üzrə işləri davam etdirir.

 BAXAR.AZ    qazet.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün ərzində Ballıcadakı xüsusi poliqonda Rusiya hərbçiləri mina və müxtəlif çaplı top mərmiləri daxil olmaqla, 128 partlayıcı obyekti məhv ediblər. Məhv etmə, partlatma əməliyyatı lazımi bütün təhlükəsizlik tədbirləri təmin edilərək həyata keçirilir", - məlumatda qeyd edilib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR