“Prezident İlham Əliyevə yeni status düşünülməlidir”

“Prezident İlham Əliyevə yeni status düşünülməlidir”

“Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevə yeni bir status düşünülməlidir. Bununla Prezident daxili siyasətin fövqündə dayanmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bu təkliflə Ana Vətən Partiyasının sədr müavini, siyasi ekspert Arzuman Abdulkərimov çıxış edib.

A.Abdulkərimov qeyd edib ki, bu addımdan sonra proporsional seçki sistemi bərpa oluna bilər, bələdiyyələrin imkanları genişləndirilə bilər: “Əslində bu proses başlayıb. Prezident özünün yeni səlahiyyətli nümayəndələrini təyin edir. Bələdiyyələrin imkanı genişləndirilsə, üstünlüyü nədə olacaq? Bir bələdiyyənin onlarla üzvü var. Bu üzvlər müxtəlif partiyalardan olarsa, şəffaflıq olacaq. O, bələdiyyələrin büdcəsinə nəzarət nə qədər aydınlaşacaq… İcra hakimiyyəti qurumlarının bələdiyyələrin üzərində dominantlığına son qoyulacaq. Eyni zamanda, parlamentdə ciddi mübarizə gedəcək. Siyasi mübarizələr küçələrə sirayət etməyəcək. Artıq diskusiyalar, siyasi polemikalar parlamentin divarları arasında baş verəcək. Seçki orqanların nüfuzunu artırmaq, səlahiyyətlərini genişləndirmək üçün dövlət özü addımlar atmalıdır. Azərbaycan Prezident üsul-idarəsi olan ölkədir.  Prezident İlham Əliyev  Azərbaycan xalqı üçün son 200 ildə olmayan yeni bir qələbəni bizə yaşadıb. Ona görə də düşünürəm ki, ona yeni bir status düşünülməsi vacibdir. O, Ali Baş Komandandır və belə davam etməlidir, o cümlədən, ciddi dövləti məsələləri ratifikasiya etmək imkanlarını özündə saxlamalıdır. Amma daxili siyasətin fövqündə qalmaqla, həm də aşağıda ciddi siyasi mübarizənin önünü açmaq mümkündür”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR