SON DƏQİQƏ! Güclü zəlzələ baş verdi - Dağıntı var

SON DƏQİQƏ! Güclü zəlzələ baş verdi - Dağıntı var

Yunanıstanın Larisa şəhərində güclü zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, saat 14.16 da baş verən 6.2 bal gücündə zəlzələnin maqnitudası 2 kilometr dərinlikdə olub.

Məlumatda zəlzələnin BolqarıstanBosniya və HerseqovinaXorvatiyaTürkiyə, Yunanıstan, İtaliya, Kosovo, MonteneqroSerbiya, Şimali Makedoniya və Albaniyada hiss olunduğu bildirilir.

Zəlzələ zamanı Yunanıstanın Samos adasında bir çox binaya ziyan dəyib.

Yunanıstan Geologiya İnstitutunun direktoru Akis Tselentis, Rixter şkalası ilə 6,2 bal gücündə güclü yeraltı təkanların davam edəcəyi barədə xəbərdarlıq edib.

"6,2 bal gücündə təkanların olacağını gözləyirik. Uçulmaq təhlükəsi olan evlərdə olanların həmin yerləri tərk etmələrini xahiş edirik'' deyib.

Mənbə:Haberglobal


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR