İcrabaşının növbəti əməli - 200 bank kartı

İcrabaşının növbəti əməli - 200 bank kartı

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mətbuatın manşetlərindən düşmək bilmir

BAXAR.AZ xəbər verir ki, buna səbəb  Ziyəddin Əliyevin əməlləridir. İcrabaşı olan Ziyəddin ağa bu dəfə isə 200-ə yaxın bank kartına sahib olması ilə gündəmə gəlib. İddialarda qeyd olunur ki, Quba rayonunda yerləşən dövlət qurumlarının 200-ə yaxın işçisinə məxsus bank kartını Ziyəddin paşa mənimsəyib. Jurnalist Cəmil Məmmədli sözügedən 200 bank kartının siyahısını əldə edib və qarşıdakı müddət ərzində siyahını da ictimaiyyətə təqdim edəcək. 

Qeyd edək ki, Ziyəddin Əliyevin adı həm də "trol" dəstəsi saxlamaqda hallanır. Məsələ ilə bağlı heç bir münasibət bildirməyən icrabaşı iddiaların əsaslı olmasına şərait yaradıb. 

Eyni zamanda, bildirək ki, redaksiya olaraq mövzu ilə bağlı Ziyəddin xanın da mövqeyini dərc etməyə hazırıq. 

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR