Bakıda 4 yaşlı uşaq tapıldı

Bakıda 4 yaşlı uşaq tapıldı

Paytaxtın Nərimanov rayonu ərazisində azyaşlı uşaq tapılıb. 

BAXAR.AZ xəbər verir ki, uşaq Nərimanov RPİ əməkdaşları tərəfindən tapılaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağı-reinteqrasiya Mərkəzinə təhvil verilib. BAXAR.AZ-a danışan mərkəzin rəhbəri Kəmalə Ağazadə isə deyib ki, uşaq baxımsız vəziyyətdə tapılıb:

"Uşaq bir neçə saat öncə polis əməkdaşları tərəfindən tapılaraq bizə təhvil verilib. Uşağın dediyinə görə adı Nərgizdir və 4 yaşı var. Uşağın baxımsız vəziyyətdə idi, hətta saçlarındakı biti bir neçə saat sonra təmizləsəydik artıq gec olacaqdı. Hələ ki, valideynlərini tapa bilməmişik. Daxili İşlər Nazirliyi bu istiqamətdə iş aparır. 

Əlavə olaraq uşaq tərəfimizdən təmiz geyim, qida ilə təmin olunub. Bir daha sizin vasitənizlə ictimaiyyətə səslənirəm ki, ətrafınızda sahibsiz uşaq gördükdə susmasınlar. Mütləq ki, Daxili İşlər Nazirliyinə bu barədə məlumat versinlər."


Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR