Keçmiş deputat DTX-da ifadə verdi

Keçmiş deputat DTX-da ifadə verdi

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli qalmaqallı "Baku Steel Company” işi ilə bağlı ifadə verib.

Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib:

"Təqribən 3 saat "Baku Steel"-lə bağlı DTX binasında oldum, 3 vərəqəlik ifadə verdim... Hər şey yaxşı olmalıdır".

Qeyd edək ki, bir neçə il əvvəl R.Məmmədov keçmiş deputata məxsus şirkətin fəaliyyətini dayandırıb, ona milyonlarla ziyan vurub. İş adamı onun barəsində hüquq-mühafizə orqanlarına, məhkəmələrə şikayət edib. R.Məmmədov da N.Bəydəmirlidən şikayətçi olub, onu cərimələtdirib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR