"Bu mitinq erməni xalqının 10 noyabr atəşkəs razılaşmasına olan münasibətidir"

“Paşinyanın Ermənistanda meydana adam yığması səbəbiylə müəyyən insanlarımızda sevinc var. Bunu facebookdan açıq görmək mümkündür. Görəsən niyə? 

Məndə anlayıram ki, bu mitinq təkcə Paşinyana dəstək mitinqi deyildir. Bu mitinq həm də erməni xalqının 10 noyabr atəşkəs razılaşmasına olan münasibətidir. Artıq erməni xalqı dərk edib ki, Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyin heç bir mənası yoxdur. Erməni xalqı illərdir ki, Rusiya tərəfindən onlara sırıdılan “böyük ermənistan” xülyasının artıq mümkünsüzlüyünü dərk edib. Amma yenə də müəyyən şəxslərin Paşinyanın yerinə, Paşinyandan artıq sevinmələrini anlamaq çox çətindir. Erməni xalqının öz səhvini dərk etməsinə hardasa sevinmək olar, amma Paşinyanın yerinə əsla! 

Unutmaq lazım deyil ki, Şuşada yallı oynayıb ardıncada "Qarabağ Ermənistandır nöqtə" deyən, 4000-ə yaxın igid qardaşlarımızın
şəhid olmasına səbəbkar olan müharibəni başlatmış və Azərbaycandan yeni ərazi qopartmaq sevdasına düşmüş şəxs də elə bu Paşinyandır. Bugünkü erməni xalqını qəflət yuxusundan oyatmış, xülyalarla yaşamasına son qoymuş ən uca şəxslər isə müqəddəs şəhidlərimizdir. Məhz igid şəhidlərimizin, qazilərimizin sayəsində bu gün yaşananları görməkdəyik! 

Şəhidlərimizin ili çıxmamış, zəfərimizin 1 yaşı olmamış olanları unutmaq olar mı? 

Anlamaq lazımdır ki, Paşinyan erməniləri o meydana Xankəndini, Xocalını, Ağdərəni, Xocavəndi bizə vermək üçün yığmamışdır. Paşinyan öz hakimiyyətini qorumaq, Rusiyanın təsirindən çıxmaq, ən əsas da bugün ona qarşı çıxan daxili və xarici qüvvələri susdurmaq üçün xalqını meydanlara toplamışdır... Heç kim Paşinyandan Saakaşvili düzəltməyə əbəs yerə cəhd göstərməsin! 

Hesab edirəm ki, irəlidə hələ görülməli çox işin olduğu bir zamanda eyforiyadan çıxıb da reallıqları dərk etmək zamanıdır... 

Yaşasın Azərbaycan, yaşasın şanlı ordumuz!”

Gələcək Azərbaycan Partiyasının sədri

Ağasif Şakiroğlu


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR