“YAP-ın üzvləri Ramiz Mehdiyevin diktəsi ilə oturub-dururlar”

“YAP-ın üzvləri Ramiz Mehdiyevin diktəsi ilə oturub-dururlar”

“YAP-ın üzvləri Ramiz Mehdiyevin diktəsi ilə oturub-dururlar”.

Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, Yeni Azərbaycan Partiyası buraxılmalıdır: “Çünki orada olanların əksəriyyəti etimadı doğrultmayıb. Rəhmətlik Heydər Əliyevin partiyasından əsər-əlamət yoxdur. Müəyyən qruplar özlərinə uyğun komanda yaradıb keçmiş işçilərin hamısını qovdular, orada “91-lər”, dövləti sevənlər var idi. İndikilərin əksəriyyəti isə elə-belədir, “hibrid”dir. Mən onları “hibrid” adlandırıram, çünki sonradan gələnlərdir. Diqqət etsək, YAP-dakıların çoxu elə korrupsiyanın başında duranlar olub. Cənab Prezident təmizləmə işləri aparanda kimi tutur, YAP-ın üzvü çıxır. Partiyanı təmsil edənlərin əksəriyyəti də xəyanətkardırlar. Məsələn, Tağı Əhmədov. Getdi, nə oyunlardan çıxdı? Hamısı YAP-dan alət kimi istifadə edirlər”.

H.Hacıyevin fikrincə, sözügedən partiyada, ümumiyyətlə, sədrə layiq komanda yoxdur: “Komanda Ramiz Mehdiyevin komandasıdır. Ümumiyyətlə, deyərdim ki, YAP Ramiz Mehdiyevin partiyasıdır. Təkrar edirəm, YAP tam tərkibdə dəyişdirilməlidir. Cənab Prezident müdrik insandır, bu barədə fikrini deyəcək. Prezident bilməlidir ki, partiyanın əksər üzvləri ona xəyanət edirlər, Ramiz Mehdiyevin diktəsi ilə oturub-dururlar. Hər-halda partiya zamanın tələblərinə uyğunlaşmır, mənasız bir şeydir. Prezident bütün Azərbaycan xalqının prezidentidir. Prezidenti hər kəs sevir, o cümlədən bizim Müsavat partiyasının da fəxri sədridir. Biz ölənə qədər də Prezidentimizi müdafiə edəcəyik”.

Nəzrin Cavid

Pravda.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR