SON DƏQİQƏ: Çox sayda hərbi gəmi, qırıcı və dron hərəkətə keçdi - Türkiyə ordusunda böyük hərəkətlilik / VİDEO

SON DƏQİQƏ: Çox sayda hərbi gəmi, qırıcı və dron hərəkətə keçdi - Türkiyə ordusunda böyük hərəkətlilik / VİDEO

Türkiyə ordusunun Aralıq və Egey dənizlərində “Mavi Vatan 2021” təlimləri davam edir.

BAXAR.AZ  xəbər verir ki, irimiqyaslı təlimlərə 87 hərbi gəmi, 27 döyüş təyyarəsi, 20 helikopter, müdafiə sistemləri və çox sayda pilotsuz uçuş aparatı cəlb edilib. Müdafiə naziri Hulusi Akar və ordu komandanları təlimlər barədə tapşırıqlarını verib. Bu gündən başlayaraq hərbçilər müxtəlif şərti döyüş tapşırıqlarını icra edəcək.

Yunanıstanın “Pentapostagma” portalının məlumatına görə, təlimlər yunan ordusu tərəfindən yaxından izlənilir. İddialara görə, yunan hərbi gəmiləri də bazalardan ayrılaraq bölgəyə cəlb edilib. Yaxın günlərdə Fransa və Yunanıstan hərbçilərinin də bölgədə təlimlər keçirəcəyi gözlənilir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR