“Ağıllı kənd” və “ağıllı şəhər” layihələri bu formada həyata keçirilə bilər - AÇIQLAMA

“Ağıllı kənd” və “ağıllı şəhər” layihələri bu formada həyata keçirilə bilər - AÇIQLAMA

“İşğaldan azad olunan ərazilərdə torpaqların pay bölgüsünün necə aparılacağı ilə bağlı hələ heç bir təsəvvür yoxdur”.

BAXAR.AZ   xəbər verir ki, bu fikirləri açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

Ekspert bildirib ki, hələ 1990-cı illərdə Azərbaycanda torpaq islahatı baş verərkən, həmin ərazilər işğal altında idi. Təbii ki, torpaq islahatı və bölgüsü o ərazilərə şamil edilməmişdi. Hazırda həmin torpaqlar hansı formada icarəyə veriləcək, mülkiyyətçilərmi təsdiqlənəcək – bu barədə heç bir açıqlama yoxdur. Əslində işğaldan azad edilən ərazilərdə də mülkiyyət hüququnun tanınması və bərpası lazımdır. Çünki həmin torpaqların hamısı dövlət mülkiyyətində qala bilməz. Bir müddət sonra istər-istəməz bununla bağlı qərar vermək labüd olacaq”.

Natiq Cəfərli “ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə bağlı da fikirlərini bölüşüb:

“Bu layihələrdə torpağın mülkiyyətə verilməməsi anlayışı yoxdur. Yəni torpaq şəxsi mülkiyyətə də verilə bilər. Sadəcə dünyada gedən trendlərə paralel olaraq  Azərbaycan hökuməti də sıfırdan bərpa olunacaq şəhər və kəndlərdə “Ağıllı kənd” layihələrinin həyata keçirilməsinə qərar verib. Burada söhbət ondan gedir ki, həmin kəndlər mərkəzləşdirilmiş qaydada ümumi bir sistemlə idarə olunacaq. Bu sistem necə yaradılacaq və mahiyyəti nədən ibarət olacaq, bununla bağlı da hər hansı bir detal açıqlanmayıb. Amma dünya təcrübəsini nəzərə alsaq, həmin kəndlərdə bərpa olunan enerjidən istifadə olunmalı, kooperativlərin yaranması, torpağın birgə istifadəsi həyata keçirilməlidir. Hətta əl əməyini minimuma endirərək müasir texnikadan istifadə etməklə aqrar sahədə işlərin görülməsi də planlaşdırılır. Ancaq bütün bunların hansı formada həyata keçiriləcəyi hələlik məlum deyil”.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR