"Ermənilərə hər cür dəstək verən Rusiya ilə sərt danışmalıyıq"

"Qondarma qurumun qondarma "parlamenti" Azərbaycanın nəzarətində olan ərazilərin işğal altında olması barədə xüsusi bəyanat qəbul edib. Amma bu ərazilərin adlarını göstərməyib.

Bu "sənəddə" ərazilərin işğal olunmasının gələcək danışıqlarda Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə heç bir təsirinin olmayacağı bildirilib.

Çoxumuz düşünürük ki, bu gücsüz vəziyyətə düşmüş ermənilərin növbəti təxribatıdır, fikir vermək lazım deyil. Amma...

Göründüyü kimi, bu yaramaz toplum bir addım belə iddiasından, məkrindən, revanş-qisas arzusundan geri çəkilməyib. Baxmayaraq ki, Ermənistan dağılır, bütövlükdə ermənilərin beli qırılıb, Azərbaycanla müharibə etmək iqtidarında deyil. Ermənilər kütləvi mühacirətə hazırlaşır.

Bu ilanlara Rusiya kimi zəhər verən kərtənkələ olmasa idi, indi tülkü kimi küncə sıxılıb zingildəyir, aman diləyirdilər.

Anti-terror əməliyyatına, digər halda müharibəyə hazır olmalıyıq.

Mübarizənin iki metodu var; birinci, dinc, inandırma metodu. Bu metod özünü doğrultmursa, ikinci, məcburetmə metodundan istifadə etməlisən. Ermənilər yalnız güc dilini başa düşür.

Yeri gəldi Rusiya ilə döyüşməliyik. Bəli, indinin özündə də Ermənistan ordusunu silahlandıran, Dağlıq Qarabağı faktiki işğal altında saxlayan, Azərbaycanın öz torpaqlarında möhkəmlənməsinə mane olan, ermənilərə hər cür dəstək verən Rusiya ilə sərt danışmalıyıq.

Əgər ermənilər imzalanmış şərtlərə əməl etmirsə, fürsət qazanıb vaxtı uzatmaq istəyirsə, biz buna dözməli deyilik. Ya Rusiya Ermənistanla birlikdə verilən vədlərə əməl etməli, ya ərazilərimizdən dəf olub getməlidir...

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR