Xalq artisti xəstəxanalıq olub

Xalq artisti xəstəxanalıq olub

Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemin səbəbini açıqlayıb.

Aktrisa xəstələnməsinin səbəbinin rol aldığı serialdan uzaqlaşdırılmaq olduğunu deyib. Bu haqda "ATV maqazin onlarla" proqramında danışan Allahverdiyeva indi sağaldığını söyləyib:

"Serialdan məni çıxardılar. Heç bir günahım yox idi, ona görə mənə təsir etdi. Mənə qarşı böyük hörmətsizlik oldu. Üç-dörd ay panik-atak keçirdim. Aktrisanın rolunu əlindən almaq bilirsiz nə deməkdir? Elə bil onun övladını əlindən alırsan.

Bu haqda çox danışmaq istəmirəm. Yadıma düşəndə əsəbiləşirəm. Mənim yola salınmağımda nə rejissorun, nə komandanın günahı var idi. Rejissor özü dedi ki, sizinlə gözəl çalışırdıq. Günahkar tam başqa adamlar idi. Gedib kiminsə çörəyinə bais olsan, Allah qabağına çıxaracaq".

N.Allahverdiyeva yerli serialları tənqid edib:

"Hər yoldan keçəni gətirib seriala çəkirlər. Ona görə də seriallarımız bu gündədir. Anonsa baxırsan ki, necə gözəldir. Amma seriala baxanda görürsən nə gündədir".

Qeyd edək ki, N.Allahverdiyeva sonuncu dəfə "Qız atası" serialında rol alıb və ekran işindən uzaqlaşdırılıb.

Axşam.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR