Paşinyanın müxalifləri hökumət binasına basqın etdi

Paşinyanın müxalifləri hökumət binasına basqın etdi

Ermənistan baş naziri Nikol Paşinyanın müxalifləri Yerevanın mərkəzindəki hökumət binasına soxulub.

Qazet.az “RIA Novosti”yə istinadən xəbər verir ki, binada bir neçə nazirliyin ofisi yerləşir.

- Advertisement -

Müxalifətçilər birinci mərtəbədəki foyedə mitinq keçirərək departament rəsmilərini Paşinyan tərəfdarlarının mitinqində iştirak etməməyə çağırıblar. Onlar kabinet rəhbərinin istefasını tələb edən şüarlar səsləndirərək binanı tərk ediblər.

Ermənistanda nə baş verir?

Müharibədən sonra Ermənistanda siyasi böhran davam edir. Bir neçə gün əvvəl Ermənistan Respublikasının Baş Qərargahı Baş nazir Paşinyan və hökumətinin istefasını tələb edən bir açıqlama verib. Daha sonra Paşinyan Prezident Armen Sarkisyana baş qərargah rəisi Onik Qasparyanın istefasını nəzərdə tutan təklif göndərib. Armen Sarkisyan isə bu təklifi təyin olunmuş müddətdə imzalamayıb. Paşinyan öz növbəsində həmin təklifi ikinci dəfə prezidentə göndərib. İndi prezident üç gün ərzində ya sənədi imzalamalı, ya da Konstitusiya Məhkəməsinə göndərməlidir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR