TƏCİLİ! Ordumuzun əsgəri ŞƏHİD OLDU

TƏCİLİ! Ordumuzun əsgəri ŞƏHİD OLDU

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.

 

BAXAR.AZ   xəbər verir  ki, bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

 

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

 

Müdafiə Nazirliyindən isə "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR