ADBTİA-nın tələbəsi intihar etdi - AÇIQLAMA

ADBTİA-nın tələbəsi intihar etdi - AÇIQLAMA

Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.

 

BAXAR.AZ xəbər verir ki, hadisə Zərgərli kəndində baş verib.

 

Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini ailə üzvləri aşkarlayıb.

 

Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub: 

 

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissilə qarşıladıq. Seymur Əsgərov nümunəvi tələbə idi. Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR