SƏRT İTTİHAM:

SƏRT İTTİHAM: "Kişi kimi sözünün üstündə dur və sözlərinə cavabdeh ol"

“Bir vaxtlar, Baş Qərargah rəisi bizimlə görüşərkən Sünikin şərq hissəsinin keçmiş sərhədləri üçün mübarizə aparacaqlarını söyləyirdi, amma indi o işdən çıxarılır”.

Bunu Qafanın erməni icmasının rəhbəri Qevorq Parsyan bildirib.

“Ölkəmizə və təhlükəsizliyimizə qayğı göstərən Baş Qərargahın komandan heyəti mövcud Ermənistan ordusuna rəhbərlik edir. Bu mənada Baş qərargah rəisini əsassız olaraq vəzifədən kənarlaşdırmağa çalışırlar, bu, yolverilməzdir”.

Onun sözlərinə görə, Nikol Paşinyanın günahlarının bir hissəsinin orduya yükləməyi qəbuledilməzdir.

“Bizim gerçəkliyimizdə heç kim kişi institutunu ləğv etməyib və hamı sözlərinə cavabdehdir. Bu baxımdan sual edirəm, Nikol, Stepanakertdə verdiyin məşhur açıqlamanın arxasındasanmı? İndi deyə bilərsənmi, “Artsax Ermənistandır, yoxsa Rusiya və ya Azərbaycandır?”.

Qevorq Parsyan mövcud vəziyyətdə Nikol Paşinyan və onun hökumətinin istefasının mütləq bir zərurət olduğunu bildirib.

Rəsmiyyə Şərfova,

KONKRET.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR