İlqar Məmmədov: “Meydanda çadır” bizə uşaq oyunu kimi görünəcək

İlqar Məmmədov: “Meydanda çadır” bizə uşaq oyunu kimi görünəcək

"Həm Tiflisin, həm də İrəvanın mərkəzi meydanında çadırlar qurulub, mitinqlər gedir. Birində Qərb tərəfdarları, o birində Rusiya tərəfdarları. Adama elə gələ bilər ki, Güney Qafqaz uğrunda geosiyasi mübarizə qızışıb. Bu, qismən belədir, çünki gərginliyin aparıcı qüvvələri sırasında ölkədaxili amillər də var - ermənilərin yerlibazlığı, gürcülərin şöhrətpərəsliyi. Yəni nə Paşinyanın Rusiyaya qarşı bu gün strateji addımlar atacağı, nə də İvanişvilinin faktiki NATO bazasını tezliklə bağlayacağı ağıla batan deyil. Deməli, ermənilər və gürcülər geosiyasi "ətir" mövcud olduğu havada daxili çəkişmədədirlər".

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib

İ.Məmmədov bildirib ki, İrəvandakı və Tiflisdəki gərginliyin aparıcı qüvvəsi daxili amillər olsa da, xarici oyunçular heç də kənarda durmayıb: "Onların Azərbaycan üçün də belə, hazırda faydasına şübhə etdiyim gərginlik planları mövcud ola bilər. Gürcüstan hökumətinin, xüsusilə də müharibədə uduzmuş qədər zəif Ermənistan hökumətinin bu təzyiqə indiyədək davam gətirə bilməsini şərtləndirən başlıca amil müxalifətin institusional alətlərinin məhdudluğudur. Hər iki ölkədə seçkilər Azərbaycandakından qat-qat yaxşı keçdiyi üçün beynəlxalq və yerli oyunçular seçkidə formalaşan sistemin sabitliyini kökündən pozmaq istəmir, çünki bu, artıq nəzarətdən tam çıxacaq davamlı sabitsizlik yarada bilər. Sabitlik bir şəxsə həddən artıq bağlıdır deyə, xarici və daxili amillər ölkəni gərginliyə doğru yönəltsələr, “meydanda çadır” bizə uşaq oyunu kimi görünəcək. Sabitliyin institusional tərəfini gücləndirmək istəyiriksə, boş qalan dairələr üzrə parlament seçkilərində Avropa təmizliyində yarış keçirilməlidir. Onda ölkə rəhbərliyinin siyasi tərəqqiyə can atdığı xalqa və beynəlxalq aləmə tam isbat olunar, sabitliyin institusional dayağı dövlətimizi mümkün geosiyasi gərginlikdən qoruyar".


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR